top of page
Writer's pictureNezrin Abbasova

COP29 Azərbaycan

Updated: Aug 11

"COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik".

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti


COP29 nədir?

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. COP29, BMT-nin 2024-cü il İqlim Dəyişikliyi Konfransı, 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. 


Konfransın əsas məqsədi:

Konfransın əsas məqsədi qlobal iqlim dəyişikliyi problemlərini müzakirə etmək və Paris Sazişi çərçivəsində qlobal istiləşməni 1,5 dərəcə Selsidə məhdudlaşdırmaq üçün strategiyalar müzakirə etməkdir. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.


“Yaşıl dünya naminə həmrəylik ili” 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib. "Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur", - Azərtac yazıb.


"Yaşıl enerji"

Azərbaycan ev sahibi olaraq yaşıl enerji təşəbbüslərinə mühüm töhfələr verməyə söz verib. Ölkə 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq, 2030-cu ilə qədər bərpa olunan enerji gücünü 30%-ə çatdırmaq və külək, hidro, günəş və yaşıl hidrogen layihələrinə sərmayə qoyaraq enerji sistemini müxtəlifləşdirmək məqsədini daşıyır​.

"Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur".


COP29-a rəhbərlik necə olacaq?

Prezident İlham Əliyevin sərəncamı ilə beynəlxalq təcrübə nəzərə alınaraq ölkənin Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədə keçiriləcək COP29 tədbirinin prezidenti təyin edilib.

COP29-a hansı tanınmış şəxslər qatılacaq?

Dubayda keçirilən COP28-ə Böyük Britaniya Kralı III Charles və başqa dünya liderləri və siyasətçiləri qatılıb. Tədbirə həmçinin ABŞ vitse-prezidenti Kamala Harris, Bill və Melinda Qeyts Fondunun həmsədri Bill Geyts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Olaf Şolz qatılıb. Bundan başqa, məşhur aktyor Leonardo DiCaprio da iştirak edib.

İndiyədək Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və İsrail Prezidenti İsaaq Hersoqun COP29-a qatılmaq üçün Bakıya gələcəyi dəqiqləşib.

COP29 tədbirinə dəvətlilər arasında Ukrayna Prezidenti Volodimir Zelenski də var. Ancaq Rusiya Prezidenti Vladimir Putinə dəvətnamə göndərilməsi barədə rəsmi xəbər yoxdur. Hər iki ölkə başçısı Azərbaycana gələcəklərsə, bu, Rusiyanın Ukraynaya hücumundan bəri onların görüşməsi üçün ilk imkan olacaq.


Daha ətraflı məlumat üçün:

3 views0 comments

Comentários


bottom of page